...

Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ münaqişəsində haqlı mövqeyini daima dəstəkləyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2014 15:31 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının parlamentlərarası dostluq qrupunun sədri Abdullah bin Məhəmməd ən-Nasirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ münaqişəsində haqlı mövqeyini daima dəstəkləyəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir S.Əhmədova/

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının parlamentlərarası dostluq qrupunun sədri Abdullah bin Məhəmməd ən-Nasirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini salamlayan X.Xələfov ölkələrimiz arasındakı əlaqələrin dərin tarixi köklərə əsaslandığını və hazırkı münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu dilə gətirib.

İki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin Krallıq tərəfindən daim dəstəkləndiyini qeyd edən X.Xələfov nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirib və səfərin Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyinə inandığını bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin problemləri, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışan nazir müavini Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qonağın nəzərinə çatdırıb.

Nümayəndə heyətinin başçısı Abdullah bin Məhəmməd ən-Nasir öz təşəkkürünü bildirərək, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə olduğu fikrinə qoşulduğunu qeyd edib, Səudiyyə Ərəbistanının dünya ölkələrini hər zaman sülhə çağırdığını və öz din qardaşlarını bütün məsələlərdə dəstəklədiyini bildirib. Krallığın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ona Ermənistan tərəfindən edilmiş təcavüzləri qınayan ilk ölkələrdən biri olduğunu dilə gətirən qonaq ölkəsinin Azərbaycanın bu münaqişədə haqlı mövqeyini daima dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini vurğulayıb.

İqtisadi, mədəni, humatiar, turizm, təhsil və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edən qonaq bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə həmrəy olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti