...

Azərbaycan ərazilərində yanğınlar davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2014 11:17 (UTC +04:00)
Azərbaycan ərazilərində yanğınlar davam edir.
Azərbaycan ərazilərində yanğınlar davam edir

Azərbaycan, Bakı, 8 iyun /Trend /

Azərbaycan ərazilərində yanğınlar davam edir.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində dünən törətdiyi yanğın gecə saatlarında da müşahidə olunub. Erməni hərbçiləri iyunun 7-də günün ikinci yarısından etibarən Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin sahələrinə od vurublar.

Gecəyə doğru yanğın neytral əraziyə yayılaraq işğal olunmuş Şıxlar kəndinin ərazilərinə qədər genişlənib. Alovun təmas xəttini keçməsi və cəbhəyanı yaşayış məntəqələrinə zərər vurması faktı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti