...

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2014 09:39 (UTC +04:00)
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, düşmənin atəşkəsi pozması nəticəsində 1996-cı il təvəllüdlü, Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Məmmədov Elsevər Həsən oğlu yaralanıb. Əsgərin vəziyyəti kafidir.

Qeyd edək ki, Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti