...

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsinin həlli hətta çoxsaylı qlobal problemlərlə yanaşı prioritet olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2014 10:11 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sözügedən təşkilatın nümayəndələri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr öz "Twitter" səhifəsində yazıb.
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsinin həlli hətta çoxsaylı qlobal problemlərlə yanaşı prioritet olmalıdır

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Səbinə Əhmədova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sözügedən təşkilatın nümayəndələri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik qeyd edib: "Mən ATƏT-in nümayəndələrinə xatırlatdım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hətta çoxsaylı qlobal problemlərlə yanaşı prioritet olmalıdır".

Qeyd edək ki, C.Uorlik dünən Minsk qrupunun nümayəndələrini və ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinə dair son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollandığı barədə məlumat vermişdi.

ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər, eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti