...

Gürcüstan hakimiyyəti Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə razılığa gələcəyinə əmindir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 15:16 (UTC +04:00)
Gürcüstan hakimiyyəti əmindir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə ümumi dil tapa və razılığa gələ biləcəklər.
Gürcüstan hakimiyyəti Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə razılığa gələcəyinə əmindir

Gürcüstan, Tbilisi, 4 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstan hakimiyyəti əmindir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə ümumi dil tapa və razılığa gələ biləcəklər. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Gürcüstan Preizdenti Georgi Marqvelaşvili Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən vəziyyəti şərh edərkən deyib.

Prezident bildirib ki, Gürcüstan hakimiyyəti yaranmış vəziyyətdən narahatdır: "Mən regionda vəziyyətin de-eskalasiyasına dəstək çağırışlarına qoşulmaq istəyirəm. Bu, Ermənistan və Azərbaycan, eləcə də bütün region üçün böyük əhəmiyyət kəsb edir. Hamımıza regionda sabitlik lazımdır. İki ölkə arasında dialoq davam etdirilməlidir və mən əminəm ki, onlar ümumi dil tapa biləcəklər".

Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəziyyəti şərh edərkən bildirib ki, Azərbaycan və Ermənistan tez bir zamanda razılıq əldə edəcəklər və regionda sülh bərqərar olunacaq: "Biz qonşu ölkələrdə vəziyyətləri böyük diqqət və narahatlıqla izləyirik. Mən ümid edirəm və əminəm ki, onlar tezliklə razılığa gələ biləcəklər və regionda sülh bərqərar olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti