...

Azərbaycanın KİV nümayəndələri səngərdə olarkən atəşkəs rejimi pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2014 12:19 (UTC +04:00)
Azərbaycanın ictimaiyyət və KİV nümayəndələri cəbhə xəttində səngərdə olarkən erməni silahlı qüvvələri atəşkəs rejimini pozub.
Azərbaycanın KİV nümayəndələri səngərdə olarkən atəşkəs rejimi pozulub

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın ictimaiyyət və KİV nümayəndələri cəbhə xəttində səngərdə olarkən erməni silahlı qüvvələri atəşkəs rejimini pozub.

Trend-in cəbhə bölgəsinə ezam olunan müxbirinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri üzbəüz mövqelərdən Qazaxın Bala Cəfərli kəndi istiqamətindəki mövqelərimizi avtomat silahlardan atəşə tutub.

Atəşin pozulması faktını cəbhə xəttində vəziyyətlə tanış olmağa gələn Azərbaycanın ictimaiyyət və KİV nümayəndələri müşahidə ediblər.

Atışma zamanı həmin ərazidə Azərbaycan tərəfdən ölən və yaralanan olmayıb, düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti