...

Torbörn Yaqland: Dağlıq Qarabağ üzrə son görüş dialoqun dirçəldilməsinə doğru müsbət addımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2014 14:29 (UTC +04:00)
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dünən Soçidə keçirilən görüşü iki ölkə arasında dialoqun dirçəldilməsinə doğru müsbət addımdır.
Torbörn Yaqland: Dağlıq Qarabağ üzrə son görüş dialoqun dirçəldilməsinə doğru müsbət addımdır

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Yelena Kosolapova/

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dünən Soçidə keçirilən görüşü iki ölkə arasında dialoqun dirçəldilməsinə doğru müsbət addımdır. Avropa Şurasının (AŞ) baş katibi Torbörn Yaqland keçirilən görüşü belə qiymətləndirib. Trend-in məlumatına görə, bu barədə qurumun yaydığı xəbərdə deyilir.

O bildirib: "Son vaxtlar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı insidentlərdən sonra bu görüş iki ölkə arasında dialoqun dirçəldilməsinə doğru müsbət addımdır".

AŞ baş katibi öz bəyanatında hər iki tərəfi gərginliyi azaltmağa çağırıb: "Mən tərəfləri son günlər ərzində hər iki tərəfdə çoxsaylı itkilərə gətirib çıxaran gərginliyin artmasına son qoymaqdan ötrü mümkün olan hər şeyi etməyə çağırıram".

O, həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Baş katib xüsusi olaraq qeyd edib ki, bütün avropalıların yaşamaq hüququna zəmanət verən Avropa İnsan Haqları Məhkəməsinin üzvü olan dövlətlər arasında zorakılıq faktlarına yer olmamalıdır.

Bazar günü Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə üçtərəfli görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti