Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçilərin Azərbaycan vətəndaşını saxlaması məsələsi ilə bağlı araşdırma aparır. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dünən axşam Azərbaycan vətəndaşını saxlayıblar.
Ermənistan KİV-in yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov dünən axşam saat 18:10 radələrində Ermənistan silahlıları tərəfindən cəbhə xəttində saxlanılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri məsələ ilə bağlı məlumatlandırılıblar. Cavid Məmmədiov müvafiq strukturlara təhvil verilib.