...

Separatçılar Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazırdırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2014 20:59 (UTC +04:00)
Qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçı hakimiyyəti Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazır olduqlarını bəyan ediblər.
Separatçılar Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazırdırlar

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçı hakimiyyəti Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazır olduqlarını bəyan ediblər. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılmışdı.

BQXK-dan Trend-ə verilən məlumata görə, öldürüldüyü iddia edilən azərbaycanlı Dağlıq Qarabağda dəfn edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti