...

Azərbaycan Minsk qrupundan Kəlbəcərdə saxlanılmış azərbaycanlıların qaytarılması məsələsinin həllini tələb edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2014 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib.

Nazir qeyd edib ki, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: "Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir".

Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti