...

"Sabah" qəzetinin rəhbərliyindən Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2014 17:49 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu Türkiyənin “Sabah” qəzetində dərc edilən “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” yazısı ilə bağlı bəyanat yayıb.
"Sabah" qəzetinin rəhbərliyindən Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik"

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycan Milli QHT Forumu Türkiyənin "Sabah" qəzetində dərc edilən "3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!" yazısı ilə bağlı bəyanat yayıb.

Forumun Trend-ə daxil olan bəyanatında deyilir ki, Azərbaycan dövlət müstəqilliyini bərba edən gündən xalqımız və ictimaiyyətimiz qardaş Türkiyə xalqını və Türkiyə Respublikasını ən böyuk dayaq bilib və bu gündə bilməkdədir. Təəssüf hissi ilə bildiririk ki, bəzi hallarda xalqlarmızın birliyinə xələl gətirən qüvvələr bu inamı sarsıtmağa çalışırlar".

Qeyd olunur ki, bu gün Türkiyənin "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı dərc edib. Qəzetdə yer alan "3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!" adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi "Dağlık Karabağ Cumhuriyeti" kimi göstərilib: "Biz qeyri-hökumət təşkilatları qardaş ölkədə fəaliyyət göstərən bir qəzetdə Azərbaycana qarşı bu cür münasibət sərgilənməsinə, Azərbaycan ərazisinin "Dağlık Karabağ Cumhuriyeti" kimi göstərilməsinə kəskin etiraz edirik. Hesab edirik ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir".

Qeyd olunur ki, 20 ildən artıqdır, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər. Bütün bunlara baxmayaraq, Türkiyədə nəşr olunan "Sabah" qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib: "Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun "Sabah" qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik. Biz, Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT-nin rəhbərləri bəyan edirik ki, qardaş bir ölkədə fəaliyyət göstərən "Sabah" qəzeti bu yazı ilə on minlərlə azərbaycanlı şəhidin ruhunu, ölkədə və dünyada yaşayan milyonlarla azərbaycanlını və türkü təhqir edib. Bundan irəli gələrək, "Sabah" qəzetinin rəhbərliyindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti