...

"Çexiyadakı fotosərgi separatçı Dağlıq Qarabağ rejiminin növbəti baş tutmamış piar-aksiyasıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2015 17:11 (UTC +04:00)
Çexiyadakı fotosərgi separatçı Dağlıq Qarabağ rejiminin növbəti baş tutmamış piar-aksiyasıdır.
"Çexiyadakı fotosərgi separatçı Dağlıq Qarabağ rejiminin  növbəti baş tutmamış piar-aksiyasıdır"

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Səba Ağayeva/

Çexiyadakı fotosərgi separatçı Dağlıq Qarabağ rejiminin növbəti baş tutmamış piar-aksiyasıdır. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkənin Fridek-Mistek şəhərində Dağlıq Qarabağ haqqında fotosərginin keçirilməsi barədə Ermənistan mətbuatının məlumatını şərh edərkən bildirib.

Diplomat deyib ki, Ermənistan KİV-lərinin sərgidən yaydığı foroşəkillərdə onun harada, şəxsi evdə və ya ictimai yerdə keçirildiyi aydın deyil, ziyarətçilər, tamaşaçılar yoxdur. Ehtimal ki, bu daha çox separatçı Dağlıq Qarabağ rejiminin təşkil etdiyi, Çexiya ictimaiyyətinə yalan informasiyanın təqdim edilməsinə yönəlmiş növbəti baş tutmamış piar-aksiyadır".

Qeyd edək ki, Ermənistan KİV-lər Çexiyanın Moraviya-Sileziya vilayətinin Fridek-Mistek şəhərində Dağlıq Qarabağ haqqında fotosərginin keçirilməsi barədə məlumat yayıblar.

F.Şəfiyevin sözlərinə görə, səfirlik hazırda bu məsələni şəhər hakimiyyəti ilə aydınlaşdırır.

Az sonra Azərbaycanın Çexiyadakı səfirliyi aydınlaşdırıb ki, sərgi yanvarda şəxsi kitab mağazalarından birində təşkil edilib. Sərginin keçirilməsinə şəhər hakimiyyətinin nümayəndələrindən və şəhər sakinlərindən heç kim cəlb edilməyib.

Azərbaycanlı səfirin qeyd etdiyi kimi, bu hərəkət ermənilərin növbəti alınmamış piar-aksiyalarından biridir.

Diplomat deyib ki, fotoşəkillərin müəllifi olan Ladislav Vetviçka adlı çex fotoqraf bir müddət əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə Аzərbaycan XİN-in "arzuolunmaz şəxslərin siyahısı"na salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti