...

Xocalı faciəsi şahidi Los Anceles radiosuna müsahibə verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2015 11:05 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə Los Ancelesdə səfərdə olan Xocalı soyqrımının şahidi Dürdanə Ağayeva fevralın 15-də burada yerləşən “BlogTalkRadio” radiosuna müsahibə verib.
Xocalı faciəsi şahidi Los Anceles radiosuna müsahibə verib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə Los Ancelesdə səfərdə olan Xocalı soyqrımının şahidi Dürdanə Ağayeva fevralın 15-də burada yerləşən "BlogTalkRadio" radiosuna müsahibə verib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, müsahibə psixoloji müharibə travmaları üzrə tanınmış amerikalı ekspert Dr. Daniel Sadiq tərəfindən aparılıb. Proqramın başlanğıcında D.Sadiq bildirib ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

O, Ermənistan tərəfindən həyata keçirilən bu işğalın mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli qəddarlıqlarla müşayiət olunduğunu diqqətə çatdırıb və bu səpkidə 1992-ci ilin fevral ayında erməni qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı ağır qətliamın həyata keçirildiyini qeyd edib.

Müsahibə zamanı Xocalı faciəsi zamanı ayağından yaralanaraq 20 yaşında ermənilərə əsir düşmüş Dürdanə Ağayeva əsirlikdə olduğu dövrdə başına gələn əzablı hadisələrdən, ermənilərin ona və digər əsirlərə verdikləri ağır işgəncələrdən və törətdikləri vəhşiliklərdən danışıb. O, ermənilərin əsirlikdə olan qadın, uşaq və yaşlı insanlara fərq qoymadan bütün Xocalı sakinlərinə dözülməz işgəncələr etdiyini vurğulayıb.

Müsahibə ilə bu linkdən tanış olmaq olar:

https://www.youtube.com/watch?v=0pM1rTXDiUw

Məqalədə:
Xəbər lenti

Xəbər lenti