...

Elmar Məmmədov: Xocalı əhalisinin bir hissəsi əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 18:06 (UTC +04:00)
Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Elmar Məmmədov: Xocalı əhalisinin bir hissəsi əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Trend-in məlumatına görə, E.Məmmədov abidə önünə əklil qoyub.

Sonra ziyarətə gələn vətəndaşlarla söhbət edən E.Məmmədov bildirib ki, Xocalı şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib: "Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti