...

Mübariz Əhmədoğlu: ATƏT-in Daimi Şurasında Nalbandyanın çıxışı bir daha Belarusun Dağlıq Qarabağ tənzimlənməsində rolunu daha aktuallaşdırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2015 14:41 (UTC +04:00)
“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Daimi Şurasında çıxışı bütövlükdə Azərbaycana həsr olunmuşdu. Elə bil ki, Ermənistanın özünün daxilində bütün demokratik, hüquqi prosedurlar öz qaydasındadır”
Mübariz Əhmədoğlu: ATƏT-in Daimi Şurasında Nalbandyanın çıxışı bir daha Belarusun Dağlıq Qarabağ tənzimlənməsində rolunu daha aktuallaşdırdı

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Daimi Şurasında çıxışı bütövlükdə Azərbaycana həsr olunmuşdu. Elə bil ki, Ermənistanın özünün daxilində bütün demokratik, hüquqi prosedurlar öz qaydasındadır". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, yaxınlarda BMT insan hüquqlarının pozulmasına görə Ermənistanı kəskin tənqid etmişdi: "Avropa İnsan Hüquqları komissarı Nils Mujinikes Ermənistanı insan hüquqlarının pozulması məsələsinin bütün parametrləri üzrə kəskin tənqid etmişdi. 2008-ci ilin1mart gülləbaranının 8 ili başlayıb, amma hələ bu işin lazımı təhqiqatı başlamayıb. Hər halda sivil və səviyyəli xarici işlər nazirinin borcu idi ki, ilk növbədə öz ölkəsi barədə o cür tənqidlərə reaksiya versin. Hər halda ATƏT-in Daimi Şurasında bu məsələlər səslənsəydi, bu, Ermənistanın özünün faydası idi. Amma E.Nalbandyan birbaşa Azərbaycanın ünvanına kəskin fikirlər səsləndirdi. Guya, Azərbaycanda insan hüquqları, demokratiya pozulur. Guya, Azərbaycan sürətlə silahlanır. Guya, Azərbaycan ATƏT-in irəli sürdüyü təklifləri rədd edir. Guya, Azərbaycanda ermənilərlə münasibətlərin normallaşması istiqamətində çağırış elan edən şəxslər həbs olunur. Əslində, bəllidir ki, Azərbaycanın öz hərbi büdcəsini Prezident İ.Əliyev hakimiyyətəgəldikdən sonra son 10 ildə 30 dəfə artırmasının, E.Nalbandyanın dili ilə desək, 163 milyon dollardan 4 milyard dollara qaldırmasınınsəbəbi Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsidir".

M.Əhmədoğlu bildirib ki, SSRİ dağılan dövrdə yaranmış reallıqlar Ermənistan və dünya ermənilərinin xeyrinə, Azərbaycanın ziyanına idi: "O zaman ermənilər yaranmış reallığı özlərinin dövlətçiliyinin güclənməsi, qurulması istiqamətində sərf etmədilər. Ermənilər həmin reallığın onlara verdiyi üstünlüyü qonşulara ərazi iddiaları irəli sürməyə, o cümlədən Azərbaycanın torpaqlarını işğal etməyə yönəltdilər. İndi reallıq artıq dəyişib. Artıq Azərbaycan dünyada tanınır, nüfuzu var, güclənir. Ermənistan isə məhz ədalətsiz siyasətinə görə zaman keçdikcə öz dövlətçiliyini itirir. O cümlədən, Qarabağ məsələsinin tənzimlənməmiş qalması Ermənistanı məcbur edir ki, müstəqilliyini alver predmetinə çevirsin".

Politoloq əlavə edib ki, Ermənilərin indiki Ermənistan və Dağlıq Qarabağ ərazisinə gəlmələri tarixi faktdır. O bildirib ki, Çar Rusiyasının son 200 il ərzindəki arxivlərindəki materiallarla tanış olmaqla bunu görmək mümkündür:

"İranla Çar Rusiyası arasındakı müharibə nəticəsində Azərbaycan xanlıqları olanİrəvan və Qarabağ xanlıqları Çar Rusiyasının tərkibinə keçdi. "Kiçik Rusiya", "Rusiya Ermənistanı" və s.bu kimi terminlər də həmin o dövrdə yaranmış terminlər idi.İndiEdvard Nalbandyan iddia edir ki, Azərbaycan qədim Ermənistanın paytaxtı olan İrəvanı da özününkü hesab edir. Əlbəttə, bu, E.Nalbandyan üçün təəccüblü bir şey deyil. Çünki səviyyəsini, həyasını, abrını itirmiş adam olaraq o, elə bu cür danışmalıdır və utanmamalıdır. Qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, atəşkəs rejiminin pozulması barədə də onun dediklərinin demək olar ki hamısı xəbərsizadamlara yönəlmiş fikirlərdir. ATƏT-in Daimi Şurasında ən yaxşı vəziyyət o ola bilərdi ki, E.Nalbandyanın o çıxışından sonra E.Nalbandyana otaq ayırardılar, şərait yaradardılar və Böyük Sülh Müqaviləsinin hazırlanması prosesini başlayardı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin o tədbirə çatanadək Azərbaycan Xarici İşlər Nazirinin ATƏT-də olan əməkdaşlarından biri E.Nalbandyanın tərəfdaşı kimi Böyük Sülh Sazişinin hazırlanması prosesinin başlanğıcında iştirak edə bilərdi".

Politoloqun fikrincə, Böyük Sülh Sazişi E.Nalbandyanın ATƏT-in Daimi Şurasında səsləndirdiyi bütün məsələləri həll edən sənəddir. M.Əhmədoğli bildirib ki, ATƏT-in Daimi Şurası, ATƏT strukturları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə lazımi fikir vermirlər:

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə demək olar ki məşğul deyil. Artıq E. Nalbandyan ATƏT MQ həmsədrləri adından Azərbaycan haqqında bəyanatlar verir. Beynəlxalq cəmiyyət bu yalanı həqiqət kimi qəbul edir.Çünki ATƏT MQ həmsədrləri E. Nalbandyanın onların adından danışmasına susublar. Bu razılıq susmağıdır. Faktiki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində ATƏT-in Minsk qrupu ilə Ermənistan demək olar ki, eyni istiqamətdə hərəkət edirlər, bir-birini dəstəkləyirlər, bir-biri ilə müttəfiqdirlər".

Politoloqun sözlərinə görə, məhz ATƏT-in Minsk qrupu həmsədrlərinin passivliyi ATƏT-in Minsk qrupunun digər üzvlərini aktivləşməyə vadar edir:

"Almaniya təşəbbüs irəli sürdü. Almaniya ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Sonra Finlandiya aktivləşdi. İndi də Belarusun aktivləşməsi çox yerində olan bir məsələdir. Belarus MDB məkanında ən uğurlu inkişaf dövrü keçən dövlətlərdəndir. Belarusun davamlı, stabil inkişafı Belarusu yeni istiqamətdə özünü göstərməyə şərait yaradır. Belarus hal-hazırda Avropanın təhlükəsizliyində ən ümidverici dövlətə çevrilib. Ukrayna problemi məhz Minskdə həll olundu. Minskdə "Normand dördlüyü"nün görüşünün təşkilində Belarus prezidenti A.Lukaşenkonun müstəsna rolu oldu. Nəticədə Qərb dövlətləri Belarusu yeni sifətdə, yeni simada gördülər və Belarusun potensialı ilə tanış oldular. Nəhayət, Belarusa qarşı özlərinin xoş münasibətini göstərdilər. Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrəali təmsilçisinin müavini O. Şmid Belarusa səfər etdi. ABŞ-da NATO-da, Avropa İttifaqında Belarusla bağlı müsbət fikirlər səsləndi. Dünyada gərginliyin azaldılmasında öz rolu olan Vatikan öz nümayəndəsini Belarusa göndərmək niyyətindədir. Bütün bunlar Belarus Xarici İşlər Nazirliyini ATƏT-in Minsk Qrupu həmsədrlərini görüşə çağırmağa vadar etdi. Belarus Xarici İşlər Naziri V.Makey yekun konfransın keçirilməsi üçün Belarusun paytaxtı Minsk şəhərinin hazır olduğunu bəyan etdi. Eyni zamanda, V.Makey bildirdi ki, hətta Belarus final sazişinin hazırlanmasında da öz yardımını edə bilər. Ən əsas məsələ orasındadır ki, Belarus hal -hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə aktiv məşğuldur. A.Lukaşenko üçün Minsk şəhərinin adının qorunması hər şeydən vacibdir. Dağlıq Qarabağ münaqişəsində məşğul olan qurumun adı Minsk qrupudur. Ona görə də A.Lukaşenkodan aktivlik gözləmək mümkündür., Belarus prezidenti A.Lukaşenkoverdiyi təkliflərdən geri çəkilənprezidentlərdən deyil. Əgər ATƏT müstəvisində də ciddi bir nəticə əldə edə bilməyəcəksə, Avrasiya İqtisadi Birliyi çərçivəsində, MDB məkanındakı və digər qurumlar çərçivəsində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunu aktuallaşdıra biləcək. ATƏT-in Minsk qrupu həmsədrləri bu məsələni özləri aktuallaşdırsalar, Belarus prezidenti A.Lukaşenkonun imkanlarından istifadə etsələr, hər halda özləri də udmuş olarlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti