...

Elmar Məmmədyarov ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2015 04:08 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Elmar Məmmədyarov ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb. Bu barədə Trend-ə Xarici İçlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti