Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Səba Ağayeva/
Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək gündəliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona qarşıdakı səfərlərindən asılıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov kosta-rikalı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ya prezidentlərin özləri danışıqlar üçün mövzunu seçəcəklər, ya da həmsədrlər yeni təkliflərlə çıxış edəcəklər: "Həmsədrlərin regiona səfəri 26-28 oktyabr tarixində gözlənilir".