...

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2015 17:37 (UTC +04:00)
Dağlıq Qarabağın statusu beynəlxalq danışıqların və ATƏT-in Minsk qrupunun apardığı danışıqların obyektidir.
Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağın statusu beynəlxalq danışıqların və ATƏT-in Minsk qrupunun apardığı danışıqların obyektidir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinator Alina Romanovski deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa göstərdiyi yardım yalnız ərazilərin minalardan təmizlənməsi məqsədilə edilir və həmin ərazilər torpaqlar minalardan tam təmizlənədək davam edəcək.

A.Romanovski qeyd edib ki, ABŞ Qarabağın defakto hakimiyyəti ilə deyil, müstəqil şirkətlərlə danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti