...

Müdafiə Nazirliyi: Erməni tərəfi Azərbaycan Ordusunun guya itki verməsi barədə şişirdilmiş və yalan xəbərlər yayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2015 20:25 (UTC +04:00)
Erməni tərəfi xeyli sayda verdiyi itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır.
Müdafiə Nazirliyi: Erməni tərəfi Azərbaycan Ordusunun guya itki verməsi barədə şişirdilmiş və yalan xəbərlər yayır

Bakı. Trend:

Cəbhədə davam edən gərginliyin məsuliyyəti birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyinin üzərinə düşür. Bu barədə Trend-in Ermənistan saytlarının ordumuzun itkiləri barədə yaydığı xəbərlərlə əlaqədar sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən deyiblər ki, qoşunların təmas xəttində düşmənin aktivliyi Azərbaycan əsgərinin qabaqlayıcı tədbirləri və gücü hesabına qətiyyətlə alınır: "Erməni tərəfi xeyli sayda verdiyi itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır. Cəbhədəki vəziyyət barədə gündəlik, itkilərilərimiz haqqında isə dəqiq və vaxtında məlumatlar tərəfimizdən ictimaiyyətə çatdırılır".

Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və cinayəkar rejimin silahlı birləşmələri işğal olunmuş torpaqlarımızdan tam çıxarılanadək onlara qarşı lazım olan bütün ciddi tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti