...

MHP: Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Qafqazda stabillik ola bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2016 13:06 (UTC +04:00)
MHP- Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Qafqazda stabillik ola bilməz
MHP: Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Qafqazda stabillik ola bilməz

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Qafqazda stabillik ola bilməz. Bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

D.Baxçalı qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Minsk Qrupunun atdığı addımlar heç bir bəhrə vermir.

Onun sözlərinə görə, 24 il bundan əvvəl ermənilər Xocalıda Azərbaycanlı qardaşlarımıza qarşı törətdiyi soyqırımına dünya ictimaiyyəti hələ də göz yummaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti