...

Ukraynalı şahid pilot Xocalıdakı hadisələr barədə danışıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2016 12:55 (UTC +04:00)
Ukraynalı pilot, Xocalı hadisələrinin şahidi Leonid Kravets 24 il əvvəl baş vermiş faciə barədə danışıb.
Ukraynalı şahid pilot Xocalıdakı hadisələr barədə danışıb (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Ukraynalı pilot, Xocalı hadisələrinin şahidi Leonid Kravets 24 il əvvəl baş vermiş faciə barədə danışıb.

O, Bakıda keçirilən mətbuat konfransında deyib: "Fevralın 27-də Gəncədən istiqamət alaraq Xocalı üzərindən uçurduq və bilmirdik ki, bu şəhərə hücum olub. Yüksəklikdən hansısa rəngli sahə gördük. Aşağı enəndə başa düşdük ki, bu sahə mülki əhalinin cəsədləri ilə örtülüb. Orada hələ canlı insanlar var idi, ermənilər onları öldürürdülər. Vertolyotumuza silahlı şəxslər atəş açmağa başladı. Gəncəyə qayıtdıq. Azərbaycanda bu faicə barədə hələ heç kəs bilmirdi. Biz yerli hakimiyyəti məlumatlandırdıq. Hadisə yerinə jurnalistləri göndərmək və videoyazı aparmaq əmri verildi".

L.Kravets qeyd edib ki, bu yaxınlarda guya bu hadisələri "azərbaycanlıların özləri törətməsi" barədə şayiələr eşidib: "Şokda idim. Oxumuşdum ki, ermənilər dinc əhalinin çxıması üçün dəhliz açmışdıar. Lakin bununla belə, bütün bu insanları məhv etmək üçün pulemyotdan istifadə edirdilər. Bu, bir Azərbaycanın ağrısı və faciəsi idi".

Onun sözlərinə görə, Xocalıya dair beynəlxalq məhkəmə qurulsa, şahid qismində çıxış etməyə hazırdır: "Mənə sübutlar lazım deyil, mən baş verənləri özüm görmüşən, fotolar və video var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti