...

Müdafiə Nazirliyi: Düşmənin döyüş texnikası, canlı qüvvəsi sıradan çıxarılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2016 12:13 (UTC +04:00)

Bakı. Trend:

Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti