Bakı. Trend:
Ermənistan başa düşməlidir ki, öz uşaqlarının gələcəyi Dağlıq Qarabağ münaqişəsi çərçivəsində sülhün əldə edilməsindən asılıdır.
Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.
Onun sözlərinə görə, Paris və Vaşinqton Moskvaya ismarıc göndərməlidir ki, Rusiya Azərbaycan və Ermənistan xalqları arasında sülhün təmin edilməsi prosesinə kömək göstərməlidir.