...

Amerikalı ekspert: Azərbaycan hazırda hərbi baxımdan Ermənistandan xeyli güclüdür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 12:01 (UTC +04:00)
Azərbaycan hazırda hərbi baxımdan Ermənistandan xeyli güclüdür.
Amerikalı ekspert: Azərbaycan hazırda hərbi baxımdan Ermənistandan xeyli güclüdür

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycan hazırda hərbi baxımdan Ermənistandan xeyli güclüdür. Münaqişənin gərginləşməsindən sonrakı ilk günlərdə onlarla erməni tankının məhv edilməsi bunu təsdiq edir. Bunu Trend-ə Ceymstaun Fondunun prezidenti Qlen Hovard deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bir neçə amillə bağlıdır: "Bunlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri və ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşməsidir. ABŞ-ın münaqişəyə diqqəti daha artırmağa çalışması faktı, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtona səfər etməsi və ABŞ-ın vitse-prezidenti ilə yüksək səviyyədə görüşlər keçirmələri Azərbaycanın şimal qonşusunun dondurulmuş münaqişənin belə qalmasını istəməsini göstərir".

Q. Hovard qeyd edib ki, ABŞ Dağlıq Qarabağ ətrafındakı prosesdə iştirak etməsə bu münaqişə həll edilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti