...

Tərtərdə bir evə mərmi düşdü, 16 yaşlı qız həlak oldu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 12:36 (UTC +04:00)
Ermənilərin yaşayış məntəqələrini artilleriya zərbələri ilə atəşə tutması nəticəsində 16 yaşlı qız həlak olub.
Tərtərdə bir evə mərmi düşdü, 16 yaşlı qız həlak oldu

Bakı. Samir Əli - Trend:

Ermənilərin yaşayış məntəqələrini artilleriya zərbələri ilə atəşə tutması nəticəsində 16 yaşlı qız həlak olub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində baş verib. Ermənilərin ağır artilleriyadan atəşi nəticəsində kənddə eüvlərdən birinə mərmi düşüb. Hadisə nəticəsində evdə olan Kəlbəcər rayonundan olan məcburi köçkün , 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı həlak olub.

Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti