...

Ağdam və Tərtərdə son durum

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 14:42 (UTC +04:00)
Tərtər rayonunda atəş səsləri bir neçə saatdır ki, səngiyib.
Ağdam və Tərtərdə son durum

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda atəş səsləri bir neçə saatdır ki, səngiyib. Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, axşamdan qarşı tərəfdən başlayan atışma Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşindən sonra susdurulub: "Hazırda nisbi sakitlikdir. Atışma hələlik yoxdur".

İcra başçısı bildirib ki, rayonda vəziyyət normaldır, əhali normal qaydada öz işləri ilə məşğuldur.

Dünən gecə saatlarından Ağdam istiqamətində də döyüşlər səngiyib. Bunu isə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

Onun sözlərinə görə, ötən gecə saat 24 radələrinədək rayonun cəbhəyanı kəndləri atəşə tutulsa da, qarşı tərəf cavab atəşi ilə susdurulub: "Gecə saat 24 radələrindən etibarən atmırlar. Hazırda ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində ziyan dəymiş evlər bərpa edilir, dəymiş ziyan aradan qaldırılır. Dünən gecə atışma zamanı bir hissəsi sıradan çıxmış 11 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada da təmir işləri başa çatıb, hazırda həmin evlər elektrik enerjisi ilə fasiləsiz təmin edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti