...

NATO-nun baş katibi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə yol verməməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 00:57 (UTC +04:00)

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq tərəfləri Dağlıq Qarabağ münaqişənin yenidən gərginləşməsinə yol verməməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Yens Stoltenberq bəyanatında deyilir.

"Mən tərəfləri atəşkəsə hörmətlə yanaşmağa, təmkinlilik nümayiş etdirməyə və vəziyyətin yenidən gərginləşməsinə yol verməməyə çağırıram", - deyə bəyanatında qeyd olunub.

Stoltenberq bildirib ki, NATO ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

"Tərəflər danışıqlar masasına dönməli və məsələnin tam həlli yollarını axtarmalıdırlar. Münaqişənin hərbi həll yolu yoxdur", - deyə NATO baş katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti