...

Azərbaycan beynəlxalq hərbi tribunalın yaradılmasında Ermənistandan daha çox maraqlıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2016 19:29 (UTC +04:00)
Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında Ermənistandan daha çox maraqlıdır.
Azərbaycan beynəlxalq hərbi tribunalın yaradılmasında Ermənistandan daha çox maraqlıdır

Bakı. Trend:

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında Ermənistandan daha çox maraqlıdır.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Nazirlikdən bildiriblər ki, məhz bu zaman Ermənistanın kriminal hərbi-siyasi hakimiyyətinin mahiyyəti, azərbaycanlılara qarşı saysız-hesabsız qanlı cinayət əməlləri törətməsi aydın sübuta yetiriləcək. Təkcə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırım kifayətdir ki, Ermənistan rəhbərliyi, eləcə də erməni səhra komandirləri beynəlxalq cinayət məhkəməsinə verilərək layiqli cəzalarını alsınlar.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin müşaviri Alik Avetisyan aprelin 2-5-də qoşunların təmas xəttində baş verən hadisələrlə əlaqədar beynəlxalq tribunalın yaradılması üçün BMT-yə müraciət edə biləcəklərini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti