...

Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan PHS-lərin sayı açıqlandı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2016 18:44 (UTC +04:00)
Aprelin 22-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlandı.
Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan PHS-lərin sayı açıqlandı

Bakı. Trend:

Aprelin 22-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, hesabat aşağıdakı kimidir:

Tərtər rayonu

22 apreldə hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmayıb.

Goranboy rayonu

22 apreldə hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmayıb.

Füzuli rayonu

Horadiz şəhəri - şəhər və ətrafında 5 partlayış yerinə baxış keçirilib, 5 partlamış sursat aşkar edilib və 290 kv.m ərazi yoxlanılıb.

Cəmi: 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

22 apreldə hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmayıb.

22 apreldə Agentlik tərəfindən 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7-22 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 139 ədəd partlamamış hərbi sursat və 5 (beş) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti