...

Romada Azərbaycan diplomatı erməni tərəfinin yalan təbliğatını ifşa etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2016 15:20 (UTC +04:00)
Romada keçirilmiş tədbirdə Azərbaycan diplomatı erməni tərəfinin yalan təbliğatını ifşa edib.
Romada Azərbaycan diplomatı erməni tərəfinin yalan təbliğatını ifşa etdi

Bakı. Trend:

İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda (Instituto Affari Internazionali) Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornellin iştirakı ilə "Changing Patterns of Conflict and Geopolitical Alignments in the Caucasus: Implications for Europe" adlı seminar keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, S.Kornell çıxışında regiondakı münaqişələrə toxunub, Qərbin və Rusiyanın regiondakı siyasətindən bəhs edib.

Çıxışından sonra Qərbin Cənubi Qafqaza, həmçinin münaqişələrə münasibətdə siyasətində dini amilin rol oynayıb-oynamadığı barədə ona ünvanlanmış suala cavab olaraq S.Kornell deyib: "Din nəyə görə amil olmalıdır?! Cənubi Qafqaz ölkələrindən ən çox dini tolerantlığın mövcud olduğu ölkə Azərbaycandır və əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda hər hansı bir dinə mənsub olan şəxslərə qarşı ayrı-seçkilik aparılmır".

Məsələyə münasibətdə Azərbaycanın İtaliyada səfirliyinin müşaviri Vüqar Hacıyev söz alaraq, Ermənistan-Azərbaycan münaqişəsinin din amili ilə heç bir bağlılığının olmadığını, lakin Ermənistan hökuməti, o cümlədən Ermənistanın İtaliyadakı səfirinin münaqişənin dini xarakter daşıdığına dair təbliğat apardığını bildirib. V.Hacıyev qeyd olunan münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon olmaqla ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü vurğulayıb.

Sonra Ermənistan səfirliyinin əməkdaşı cavab olaraq bildirib ki, Ermənistan heç zaman münaqişənin dini xarakter daşıdığını bəyan etməyib.

Bundan sonra Azərbaycan diplomatı yenidən söz alaraq qeyd edib ki, erməni tərəfinin münaqişənin dini xarakter daşıdığı barədə təbliğat aparmasını sübut etmək çətin deyildir, belə ki, maraqlananlar Ermənistanın İtaliyadakı səfirinin mətbuata son açıqlamaları və müsahibələri ilə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti