...

Nizami rayon ictimaiyyəti cəbhə xəttində xidmət edən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2016 11:47 (UTC +04:00)
Nizami rayon ictimaiyyəti cəbhə xəttində xidmət edən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb.
Nizami rayon ictimaiyyəti cəbhə xəttində xidmət edən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb  (FOTO)

Bakı. Trend:

Nizami rayon ictimaiyyəti cəbhə xəttində xidmət edən "N" saylı hərbi hissənin əsgərləri ilə görüşüb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və 1941-1945-ci illər müharibəsində Qələbənin 71 illiyi münasibətilə Bakının Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının dəstəyi ilə partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri cəbhə xəttində xidmət edən "N" saylı hərbi hissənin əsgərləri ilə görüşüb.

Öncə Nizami rayon ictimaiyyəti Tərtərdəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb.
Sonra hərbi hissədə keçirilən görüşdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu gün Azərbaycan ordusunun nəinki bölgənin, hətta dünyanın ən güclü ordularından biri olduğunu deyib.

Qeyd olunub ki, əsgərlərimizdəki vətənpərvərlik hissi ilə yanaşı, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi də bir daha sübut edir ki, Azərbaycan ordusu qarşıya qoyulan vəzifələri qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycan əsgərləri hər an Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bildirilib ki, döyüş tapşırıqlarını çətin şəraitdə, yüksək səviyyədə yerinə yetirən əsgərlərimizin arzusu Azərbaycanın ərazisini bütöv görmək və onun təmin olunmasında şəxsən iştirak etməkdir.

Akademik Vaqif Abbasov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev və başqaları bildiriblər ki, Azərbaycan ordusu hər an döyüşə hazırdır və bizim inamımız yalnız igid əsgərlərimizdir.

Şəxsi heyət adından minnətdarlığını bildirən "N" saylı hərbi hissənin zabitləri qeyd ediblər ki, əzmli, qüdrətli Azərbaycan ordusu istənilən anda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad etməyə hazırdır.

Tədbirdə əsgərlərə sovqat verilib və konsert proqramı təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti