Bakı. Trend:
ATƏT-in Minsk Qrupunun həmsədrləri NATO Sammitinin yekunlarını müzakirə etmək üçün Vyanada görüşəcəklər.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.
"Həmsədrlər sabah Vyanada ATƏT-in Minsk qrupunun üzvlərinə sammitin yekunları və növbəti addımlar barədə məlumat verəcəklər", Uorlik yazıb.
NATO-nun Varşava sammitinin yekun kommünikesinin 24-cü paraqrafında vurğulanır ki, alyans ölkələri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqdir: "Bununla əlaqədar olaraq, biz Cənubi Qafqazda, həmçinin Moldovada münaqişələrin beynəlxalq hüququn bu prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edirik".