...

ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2016 14:02 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır.
ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır. Trend-in məlumatına görə, bu sözləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında ATƏT-in baş katibi Lamberto Zanyer deyib.

Onun sözlərinə görə, təşkilatın məqsədi danışıqlar üçün imkanlar yaratmaqdır, lakin tərəflər də bu imkandan istifadə etməlidirlər.

L.Zanyer deyib: “Həll yolunun tapılması üçün tərəflər səy göstərməlidirlər. Münaqişənin həllində ATƏT-in vasitəçi rolunu alqışlayıram”.

O həmçinin qeyd edib ki, bir qədər əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Minsk qrupuna yeni nəfəs lazım olması barədə səsləndirdiyi fikrini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti