...

Ağdamda 1 top mərmisi tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2017 12:26 (UTC +04:00)
Yanvar 23-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Ağdamda 1 top mərmisi tapılıb  (FOTO)

Bakı. Trend:

Yanvar 23-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Kiçikli kəndində su arxında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi OF-462) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 500 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 1-23 yanvar tarixlərində Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib, 1 237 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 13 010 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti