...

XİN: Azərbaycan azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatlarla danışıqlar aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2017 12:55 (UTC +04:00)
Azərbaycan erməni işğalından azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatlarla danışıqlar aparır.
XİN: Azərbaycan azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatlarla danışıqlar aparır

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan erməni işğalından azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatlarla danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu, sadə proses deyil. Təhlükəsizliklə, texniki məsələlərlə bağlı bir sıra suallar qalır: "Bütün təklifləri hazırlamaq, beynəlxalq təşkilatların bu prosesə hansı formada cəlb olunması məsələsini düşünmək lazımdır”.

E.Məmmədyarov əlavə edib ki, ilk növbədə, ərazilərin bərpası prosesini Azərbaycan hökuməti öz üzərinə götürəcək, ikinci mərhələdə isə bu prosesə beynəlxalq təşkilatlar cəlb oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti