...

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2017 10:16 (UTC +04:00)
ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb.
ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb (FOTO)

Bakı. Trend:

ABŞ-ın Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb. Bəyanat Nevada ştatının qubernatoru Brayan Sandoval tərəfindən imzalanıb. Sənəddə, onun “Xocalını Anma Günü” münasibətilə imzalandığı bildirilir.

Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilir ki, bəyanatda Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önəmi vurğulanır.

Qeyd edək ki, bu bəyanat, Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanmış ilk rəsmi sənəddir.

Respublikaçılar partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti