...

Cocuq Mərcanlı stasionar telefon şəbəkəsinə qoşulur (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2017 16:23 (UTC +04:00)
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər başa çatıb
Cocuq Mərcanlı stasionar telefon şəbəkəsinə qoşulur (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, telekommunikasiya şəbəkəsinin 28 May Respublika günündə istifadəyə verilməsi planlaşdırılır.

Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığı əsasında həyata keçirilirdi.

Bu işlər çərçivəsində kənddə 64 nömrə tutumlu telefon stansiyası tikilib və Füzuli rayonundan 10 kilometr uzunluğunda optik xətt çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti