Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Soçidə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.
Bu barədə Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir.
Görüşdə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.