...

Ekspert: Dağlıq Qarabağda Ermənistanın Qarabağ siyasətinin fiaskosunun 26 illiyi qeyd edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2017 13:34 (UTC +04:00)
Dağlıq Qarabağda Ermənistanın Qarabağ siyasətinin fiaskosunun 26 illiyi qeyd edilib.
Ekspert: Dağlıq Qarabağda Ermənistanın Qarabağ siyasətinin fiaskosunun 26 illiyi qeyd edilib

Bakı. Trend:

Dağlıq Qarabağda Ermənistanın Qarabağ siyasətinin fiaskosunun 26 illiyi qeyd edilib.

Bunu Trend-ə “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

O deyib: “Bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan və bir neçə hökumət üzvü Dağlıq Qarabağda bu qanunsuz quruluşun 26 illiyini qeyd ediblər. S.Sarkisyanın səfəri ərəfəsində hansısa tədbirdə iştirak edəcəyi, yol açılışını həyata keçirəcəyi elan olunmuşdu. Bu elanlara baxmayaraq, Dağlıq Qarabağda iqtisadi və sosial vəziyyət çökmə səviyyəsinə çatıb”.

Ekspert qeyd edib ki, Dağlıq Qarabağda Ermənistanda olduğu kimi dövlətçilik mövcud deyil: “Ermənistan özü müstəqil dövlət deyil, ona görə də Dağlıq Qarabağın “müstəqilliyi” barədə danışmaq böyük yalanı təkrar etmək deməkdir”.

Onun sözlərinə görə, qondarma dövlətin “müstəqilliyinin” qeyd olunması ilə bağlı hərbi parad keçirilməyib: “Bu da onu göstərir ki, Ermənistanın bu tədbiri keçirmək üçün maliyyə vəsaiti yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti