...

BƏYANAT: Daxili qaydalar KPMG işçilərinə, ona aid şirkətlərə Dağlıq Qarabağda işləməyi, oradakı şirkətlərlə əməkdaşlığı qadağan edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2018 16:02 (UTC +04:00)
Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir.
BƏYANAT: Daxili qaydalar KPMG işçilərinə, ona aid şirkətlərə Dağlıq Qarabağda işləməyi, oradakı şirkətlərlə əməkdaşlığı qadağan edir

Bakı. Trend:

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı "KPMG Azərbaycan" audit şirkəti bəyanat yayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir:

"KPMG-nin Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı son zamanlar bəzi media vasitələrində (sosial media daxil olmaqla) çıxan məlumatla bağlı şirkət qeyd etmək istərdi ki, KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və olmayıb. Bundan əlavə, 2016-cı ilin əvvəlində KPMG MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləmiş və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq etməkdədir. Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir".

Şirkət bildirir ki, KPMG Azərbaycan KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür:

"KPMG MDB-də beynəlxalq hüquqa və fəaliyyət göstərdiyi bütün ölkələrin qanunlarına hörmətlə yanaşdığını təsdiq edir və KPMG MDB-də Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyinə daim əməl edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti