...

Hikmət Hacıyev: Artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2018 15:05 (UTC +04:00)
Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim
Hikmət Hacıyev: Artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır

Bakı. Trend:

2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı.

Bunu Trend-ə Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi:

"Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim.

Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti