Hikmət Hacıyev: İki mülki azərbaycanlının girovluqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir (FOTO)

Hikmət Hacıyev: İki mülki azərbaycanlının girovluqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir (FOTO)

Bakı. Samir Əli - Trend:

İki mülki azərbaycanlının girovluqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir.

Trend-in məlumatına görə, bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN-nin Mətbuat Xidmətinin rəhbəri daha sonra qeyd edib: "11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib.

Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında onlar üzərində quruma “məhkəmə” təşkil edilib, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir. Bunun nəticəsində hal-hazırda D.Əsgərov və Ş.Quliyev müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirlər. Onlara qarşı qeyri-insani rəftarı kütləvi informasiya vasitələri ilə qəsdən nümayiş etdirən Ermənistan tərəfi onların ailə üzvlərini və yaxınlarını psixoloji təzyiqlərə məruz qoyur".

E.Hacıyev bildirib ki, Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib: "İşğal edilmiş ərazilərindən bir milyondan artıq azərbaycanlı əhali, o cümlədən D.Əsgərov və Ş.Quliyev və onların ailə üzləri etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından zorla qovulub.

D.Əsgərov və Ş.Quliyev və onların ailə üzvləri 1993-cü ildən etibarən məcburi köçkün həyatı yaşayırlar. 20 ildən çox davam edən vətən həsrəti onları öz işğal edilmiş torpaqlarını ziyarət etmək kimi fədakar addımı atmağa sövq etmiş və bu baxımdan onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri anlaşılandır. Beləliklə, onların qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsi girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı hiddətinə səbəb olur.

Mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, Ermənistan tərəfi beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur. Bu kimi əməlləri ilə Ermənistan Respublikası həmçinin, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozulmaqda davam edir".

XİN rəsmisi bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib: "Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.

Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur, həmçinin, münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.

Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları və obyektləri ağır silahlardan hədəflənmiş şəkildə atəşə tutması, D.Əsgərov və Ş.Quliyev halında olduğu kimi mülki insanları girovluqda saxlamaqda davam etməsi aydın şəkildə göstərir ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər təsadüfi və istisna hallar olmayaraq, Ermənistanın yürütdüyü məqsədyönlü və sistematik siyasətinin tərkib hissəsidir. Hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayət əməlləri şahid ifadələri və sübutlarla sənədləşdirilib.

Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.

Ermənistan tərəfindən nümayişkarcasına qeyri-insani davranış nümayiş etdirərək dörd il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir.

Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.

Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün bütün zəruri addımları bundan sonra da atacaqdır".

Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov
Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov
Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?
Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
Loading Bars
Xəbər lenti
MDU beynəlxalq konfransda təmsil olunub (FOTO)
Azərbaycanda ISESCO-nun regional ofisi açılacaq
Ötən ay banklara 853 milyon dollardan çox valyuta satılıb
Vergi Xidməti tikinti bazarına nəzarəti gücləndirib, reydlər keçirilir
Boy artımına müsbət təsir edən qidalar
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
İranda ötən sutkada daha 76 nəfər koronavirusdan ölüb
Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi açıqlanıb
UFC prezidenti koronavirusa yoluxub
Hazırda Cənubi Qafqazda sülh üçün misilsiz imkanlar var - Çavuşoğlu
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alındı
Azərbaycan bərpa olunan enerji mənbələrinə yarım milyard dollarlıq xarici investisiya cəlb edəcək
Enerji itkilərinin azaldılması əsas hədəflərimizdəndir - Pərviz Şahbazov
ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir - Sədr
Azərbaycanda yaşıl enerji layihələrini maliyyəçilərlə əlaqələndirmək üçün beynəlxalq platforma yaradılacaq
Hərbi Hava Qüvvələri "Bayraktar"larla təlim-məşq uçuşları keçirib (VİDEO)
ABŞ və Böyük Britaniya səfiri Ağdama səfər ediblər (FOTO)
UFAZ-ın icraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib (FOTO)
British Council və ADA Universiteti biznes sahibkarları və tələbələri #mycreativespark forumu üçün bir araya gətirib (FOTO)
Prokuror "falçı" adı ilə qadından 2 milyon manat alan ər-arvada 23 il cəza istədi
Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir - Hikmət Hacıyev
Ermənistan mediasına istinadları minimuma endirmək lazımdır - Prezidentin köməkçisi
Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev
Mərkəzi Gömrük Hospitalının İT mütəxəssisi Microsoft Azure Administrator sertifikatına layiq görülüb
Hikmət Hacıyev helikopter qəzası ilə bağlı yayılan məlumatlardan danışdı
Azərbaycan xalqı həmişə sülh çağırışında olub - Hikmət Hacıyev
Muğanbank korporativ saytını yeniləyib
Zaqatalada narkokuryerə hökm oxundu
AFFA Canni De Byazi ilə müqaviləni uzatdı
Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub - Pərviz Şahbazov
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Sabah hava yağmursuz keçəcək
Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov
Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük - Hikmət Hacıyev
Bakıda bayram çadırlarının quraşdırılmasına başlanıldı (FOTO)
Bakı sakininin evindən silah çıxdı
Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir - ISESCO rəhbəri
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təbrik məktubu göndərib
Noyabrda 9 nəfər minaların qurbanı olub
Distant təhsil real təhsili tam əvəz edə bilmir - Nazir
Dayanıqlı sülh daimi səylər tələb edir - BMT-nin ali nümayəndəsi
Mədəniyyəti hifz etmək üçün sülhə ehtiyacımız var - Elham Aişeyni (FOTO)
Prezident İlham Əliyevin sayəsində Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin mərkəzinə çevrilib - ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti (FOTO)
Dövlət Xidmətinin rəisi UNESCO-nun iclasında Ermənistanın təxribat xarakterli çıxışlarına cavab verib (FOTO)
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı (FOTO)
Xocavənddə silah-sursat aşkar edildi (VİDEO)
Gələn ilin bayram günləri açıqlanıb
Ermənistanın İqtisadiyyat Nazirliyində araşdırmalar aparılır
Azərbaycan mədəni müxtəlifliyi ilə tanınır - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?
Kamran Əliyev Ukraynada Beynəlxalq Antikorrupsiya Forumunda iştirak edib
Regionlarda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri işə başlayacaq
Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar Kərimov
Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
7 il əvvəl Bakıda adam öldürən şəxsin məhkəməsi başladı
Bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib
Hazırda Azərbaycana 60-dan çox ölkənin vətəndaşları səfər edə bilər - Agentlik sədri
30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin - Hikmət Hacıyev (FOTO)
Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir
Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT
Dəmirağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb (FOTO)
Laçında 2500-ə yaxın ağac əkilib (FOTO)
Qubada tanışını döyüb öldürən şəxsin məhkəməsi başlayır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO/VİDEO)
Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı Çarli Makizin Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib (FOTO)
Azərbaycanda pul bazası artıb
Toyda qayda pozan 4 nəfər cərimələndi
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)
Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi
Hacıqabul sakinlərindən narkotik götürülüb (FOTO)
Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb
Evini tərk edən iki koronavirus xəstəsi barədə cinayət işi başlandı
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib - XİN
Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib (ÖZƏL)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq peyvənd istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Bütün xəbərlər