...

Tərəfdaşlar Dağlıq Qarabağ separatçıları ilə əlaqəli bankla əməkdaşlığı dayandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2018 16:19 (UTC +04:00)

Bakı. Fikrət Doluxanov - Trend:

Özbəkistanın “İpoteka bank” bankı Rusiyanın “Yunistrim” bankı ilə əməkdaşlığı dayandırıb.

Trend-in məlumatına görə, qərara Rusiya bankının bir neçə dəfə haker hücumlarına məruz qalması səbəb olub.

Qeyd olunur ki, “İpoteka bank” “Yunistrim”dən daxil olan yazışmaları qeyri-müəyyən müddətə dayandırıb.

Bir neçə gün əvvəl isə Rusiya Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən banklara “Yunistrim”in elektron poçtundan zərərverici proqramın yayıldığını bildirib.

Bundan başqa, “Yunistrim”lə əməkdaşlığı Qırğızıstanın “Asiya bankı”, Tacikistanın “İmon İnterneşnl” bankları da dayandırıb. Rusiyanın “Vostoçnıy” bankı isə “Yunistrim”lə əməkdaşlıq barədə müqaviləyə xitam verib.

Qeyd edək ki, “Yunistrim” Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti