...

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2019 16:50 (UTC +04:00)
Noyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib.
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Bakı. Samir Əli - Trend:

Noyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfindən girov saxlanılan şəxslərə növbəti dəfə baş çəkib.

Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə

Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti