...

MN: Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2020 16:55 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub
MN: Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub

Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Əsasən, düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti