...

İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb - RƏSMİ (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2020 17:28 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

XXX

16:19

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti