...

Müdafiə Nazirliyi: Hazırda Tovuz istiqamətində döyüş gedir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2020 08:09 (UTC +04:00)
Müdafiə Nazirliyi: Hazırda Tovuz istiqamətində döyüş gedir

Bakı. Trend:

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti