Azərbaycandakı dini konfessiyaların rəhbərləri dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ediblər

Bakı. Trend:

Azərbaycandakı dini konfessiyaların rəhbərləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ediblər.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini, dini liderləri və beynəlxalq təşkilatları bu hadisəyə biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırırıq.

Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu mülki şəxsləri hədəf seçən bu cinayəti törədənlərə qarşı adekvat münasibət göstərilməsi istiqamətində səylərini birləşdirməyə çağırırıq. İndiyədək qoşunların təmas xəttində və hal-hazırda Ermənistan-Azərbaycan sərhəddində çoxsaylı insan tələfatları səbəbindən Azərbaycan xalqının, xüsusən gənclərin dövlət başçısının ətrafında sıx birləşərək kütləvi şəkildə orduya səfərbər olunub cəbhə xəttinə yollanmaq istəyi qürurverici vətənpərvərlik nümunəsidir, lakin biz din xadimlərini narahat edən Ermənistan tərəfindən hərbi təxribatlar davam edərsə münaqişənin alovlanaraq böyük müharibəyə çevrilmə ehtimalıdır. Bu reallıq 30 ildən artıq davam edən, dondurulmuş münaqişənin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. Bəzən işğalçı ilə işğala məruz qalan tərəfin eyniləşdirilməsi münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət, istisnasız olaraq, hamının borcudur. Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin davamlı hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdir. Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin mütəmadi atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması, dini məbədlərin dağıdılması beynəlxalq müstəvidə təcavüzkara qarşı münasibəti kökündən dəyişməyin, növbətçi açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin böyüyərək dünyanın müxtəlif qitələrinə, o cümlədən, Avropa, Amerika müstəvisinə keçməsi, xarici ölkələrdə yaşayan azərbaycanlılar və ermənilər arasında etnik zəmində qarşıdurma hallarının yaşanması olduqca böyük təhlükənin göstəricisidir. Bu, separatizm, terror dalğası üzərində yaranmış, uzun müddət dondurularaq ədalətli həllini tapmayan regional konfliktin qlobal miqyas kəsb etməsinin acı təzahürüdür. Ermənilərin xaricdəki Azərbaycan diasporasını və diplomatik nümayəndəliklərimizi hədəf alması, üzərinə hücum etməsi həll olunmamış konfliktin fəsadlarıdır və dünya ictimaiyyəti buna biganə qalmamalıdır.

Birləşmiş Millətlər Təşkilatı bugünədək beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurumdur. Bu il yaranmasının 75-ci ildönümü tamam olan BMT kimi mötəbər beynəlxalq strukturun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinin tələbləri Ermənistan tərəfindən bugünədək yerinə yetirilmir. Bu qətnamələrin reallaşmasını təmin edəcək addımların düşünülməsi BMT-nin şanlı yubileyi ərəfəsində nüfuz və dəyərinin daha da artmasına xidmət edən məqam olardı.

Dünyanı məhvərindən çıxmaga qoymayan əbədi bəşəri dəyərlərə istinad edən din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməlidirlər. Vətənimiz Azərbaycan müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdəndir. O Bir Olan Yaradanımız qarşısında məsuliyyətimiz biz, dini konfessiya rəhbərlərini sülh və mövcud problemlərin ədalətli həlli naminə səyləri dəstəkləməyə sövq edir. Lakin sülh və anlaşmaya nail olmağın yolu asan deyil və çoxlu zəhmət, güclü iradə, səylərin birləşdirilməsini tələb edir.

Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderlərinin dəfələrlə sülhməramlı görüşləri baş tutmuşdur. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyətlərin nəticəsi olaraq münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısı alınmışdır. Etibarlı sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Lakin, təəssüflər olsun ki, erməni tərəfinin təxribatları növbəti dəfə münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinin pozulmasına gətirib çıxarır. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir.

Bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir. Biz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayonumuzda, həmçinin, hal-hazırda Azərbaycan-Ermənistan sərhəddində törətdiyi hərbi təxribatlar zamanı dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərarı naminə səyləri birləşdirməyə çağırırıq. Yaradanımız qarşısında, xalqlarımız qarşısında borc və məsuliyyətimiz biz, dini liderləri, sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərməyə məsul edir. Bu əsnada, dünya katoliklərinin lideri Roma Papası Zati-müqəddəsləri Fransiskin Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsindən narahatlığını, son döyüşlərdə ölənlərin ailələri üçün dua etməsini yüksək dəyərləndirir, Pontifik həzrətlərinin təbirincə desək, beynəlxalq ictimaiyyətin köməyi ilə «dialoq və tərəflərin xoş istəyi ilə bu sevimli xalqların xeyrinə münaqişənin davamlı sülh ilə həll yolu əldə edilə biləcəyinə» ümidini bölüşürük.

Ümidvarıq ki, dünya dini liderlərinin, beynəlxalq təşkilatların səyləri və dünya ictimaiyyətinin dəstəyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri əsasında tezliklə öz ədalətli həllini tapacaqdır.

Uca Yaradan Yer üzündə sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!"

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri, Arxiyepiskop Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıb.

Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Loading Bars
Xəbər lenti
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis
XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir - Ekspert
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib (FOTO)
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Prezident İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir
Azərbaycan neftinin qiyməti dəyişib
Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat
Prezident İlham Əliyev: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
Laçın sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub
Prezident İlham Əliyev: Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq
Prezident İlham Əliyev: Bizim ölkəmiz üçün yeni dövr başlayır
Azərbaycan Prezidenti: Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Prezident İlham Əliyev: Ermənistan, sən dalansan, biz səni dalan etdik
Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 28-dək dayandırıb
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
Koronavirus xəstələri karantin postunda saxlanılıblar (FOTO)
Sabah hava çiskinli və küləkli olacaq
Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
Prezident İlham Əliyev: Ermənistan ümumi taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Şabranda koronavirus xəstələri saxlanılıb (FOTO)
Azərbaycan Prezidenti: Bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var
Azərbaycan Prezidenti: Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun, mən buna qəti etiraz etdim
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsini həll etdik, Dağlıq Qarabağ münaqişəsi yoxdur
Bugünədək qəbul məntəqələrinə təhvil verilən pambığın həcmi açıqlanıb
Azərbaycan Prezidenti: Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi
ETSN vakant vəzifələrə qəbul üçün müsabiqə elan edib
Prezident İlham Əliyev: Biz düşməni məcbur etdik, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı
Azərbaycan Prezidenti: Bölgəmizdə yeni reallıq yarandı, bu reallığı biz yaratdıq
Prezident İlham Əliyev: Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı, başqasının buna nə dəxli var?
İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu ünvanlayıblar
Prezident İlham Əliyev: Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək
COVID-19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 40 mini keçdi
Azərbaycan Prezidenti: Həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, razılaşma ola bilməz
Xüsusi zolaqlar təcili yardım avtomobillərinin gecikmədən hərəkətinə imkan yaradacaq - BNA
Prezident İlham Əliyev: Ermənistan hesab edirdi ki, bütün Laçın onlara dəhliz kimi verilməlidir, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi
Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib
Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib
Azərbaycan Prezidenti: Çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş rayonlarımıza qısa müddət ərzində qaytaraq
Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Bakıda qadın sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər 40 manat cərimələnəcək
Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək - Səfir
Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi - Deputat
Quş qripi ilə bağlı monitorinqlərə başlanılıb (FOTO)
AzTU-nun professoru vəfat edib
Laçında yenidən üçrəngli şanlı Bayrağımız dalğalanır - Spiker
Dövlət 13 mindən çox tələbənin təhsil haqqını ödəyib
Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı (ƏLAVƏ OLUNUB)
Bakıda 10 küçə və prospektdə xüsusi avtomobil zolağı yaradılacaq (FOTO)
Azərbaycanda 4G istifadəçiləri artıb
BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın
Neft Fondu ötən ay 500 milyon dollar valyuta satıb
DİN-dən aşıq Namiqlə bağlı açıqlama
Laçın Qarabağın inkişafında əsas dəstəkləyici faktor kimi - Rayona iqtisadi baxış
Azərbaycanda indiyə qədər İİV infeksiyasından 1082 nəfər ölüb
Laçınlılar doğma yurdlarına kiçik ailə biznesləri ilə qayıdacaqlar (FOTO)
AzerTelecom şirkətinin Xəzərin dibi ilə rəqəmsal infrastruktur layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib (FOTO)
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)
Laçın rayonunun təhsil statistikası açıqlanıb
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb
Gəncədə evdən icazəsiz çıxan 5 koronavirus xəstəsi saxlanılıb
Qazaxda koronavirus xəstəsinə cinayət işi başlandı
Azərbaycan qalib ölkədir – Türkiyə hökuməti
Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq - Hüseyn Altınalan
Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Laçında Azərbaycan bayrağı qaldırılıb (VİDEO)
Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdırılıb (FOTO)
Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır - ŞƏRH
STAR neft emalı zavoduna xam neft emalı artıb
Dekabrın 1-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
Kolumbiya televiziyası erməni təcavüzünün nəticələrini işıqlandırıb (FOTO/VİDEO)
Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
Ceyhan terminalından 194 milyon barelə yaxın AÇQ nefti nəql edilib
Füzulidə her şey dağıdılıb - Rusiyanin "Dojd" telekanalının reportajı (VİDEO)
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bütün xəbərlər