...

Beynəlxalq təşkilatların erməni təxribatları qarşısındakı susqunluğu qəbuledilməzdir - Cəlil Xəlilov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2020 12:22 (UTC +04:00)
Beynəlxalq təşkilatların erməni təxribatları qarşısındakı susqunluğu qəbuledilməzdir - Cəlil Xəlilov

Bakı. Trend:

Son vaxtlar xarici ölkələrədəki Azərbaycan diplomatik nümayəndəliklərinə, eləcə də Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyası keçirən soydaşlarımıza yönəlk erməni təxribatları artmaqdadır.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə məlum problemlə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq:

- Cəlil müəllim, son bir həftədir ki, xaricdəki diplomatik nümayəndəliklərimiz, eləcə də soydaşlarımıza qarşı ermənilər tərəfindən çoxsaylı təxribatlar həyata keçirilməkdədir. Sizcə bu təxribatlar ermənilərin ənənəvi zorakılıq siyasətinin davamı hesab edilə bilərmi?

- Təbii ki, bu, ermənilər tərəfindən xalqımıza, onun nümayəndələrinə qarşı həyata keçirilən ilk təxribatlar deyil. Tarixin ən müxtəlif zamanlarında Azərbaycan xalqı ermənilərin təzyiq və zorakılığa məruz qalıb, bir-birindən amansız soyqırımları ilə qarşılaşıb. Son bir həftə ərzində xaricdə baş verənlər də ermənilərin öz tarixi siyasətindən əl çəkmədiyini göstərir. Bu baxımdan heç şübhəsiz ki, baş verənləri bir əsrdən çox tarixi olan erməni terror və təxribatçılıq siyasətinin davamı sayıla bilər. Bu təxribatlar bir daha sübut edir ki, ermənilər bu gün də təcavüzkar, aqressiv siyasətlərindən əl çəkməyiblər və Ermənistan xaricində də soydaşlarımız təzyiq göstərməkdə, zorakılıq sərgiləməkdə davam edirlər.

Onu da qeyd edim ki, dünyada 20-dən çox erməni terror təşkilatı mövcuddur ki, bu təşkilatlar sadəcə Azərbaycan, türk dövlətləri üçün deyil, bütün dünya üçün böyük təhlükə mənbəyidir. Odur ki, bütün beynəlxalq təşkilatların, aparıcı dövlətlərin bu terror təşkilatlarını nəzarətə götürməsinə, onların zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atmasına ehtiyac var.

- Xaricdəki soydaşlarımızla yanaşı, diplomatik nümayəndəliklərimiz də erməni təxribatı ilə üzləşən insanlar sırasındadır. Fransa, Böyük Britaniya, İsveç və s. kimi ölkələrdəki diplomatik korpuslarımızın binaları erməni zorakılığına məruz qalıb. Sizcə bu təxribatlar diplomatik korpusların daha etibarlı müdafiəsini zəruri edirmi?

- Öncə onu qeyd edim ki, ermənilərin diplomatlara qarşı terror və zorakılıq siyasətinin tarizi ötən əsrdən başlayır. Hələ XX əsrin 70-80-ci illərində ermənilər dünyanın bri srıa ölkələrində türk diplomatlarına qarşı çoxsyalı terror aktları həyata keçirib, onlarla siyasətçinin ölümünə imza atıb.

Bu gün Azərbaycanın xaricdəki diplomatik binalarının da təxribatlara məruz qalması daha ciddi mətləblərədn xəbər verir. Ermənilərin heç bir zorakılıq və terror aktından çəkinmədiyini nəzərə alsaq, təbii ki, xaricdəki diplomatik nümayəndəlilərimizin daha etibarlı şəkilkdə qorunmasına ehtiyac var. Xatırladım ki, Azərbaycan XİN-i 23 iyul tarixli bəyanatında da bu məsələyə diqqət çəkib, həmin dövlətləri Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırıb. Ümdi edirəm ki, sözügedən dövlətlər bu bəyanata həssaslıqla yanaşacaq və xaricdəki soydaşlarımızın, diplomatlarımızın təhlükəsizliyinə daha çox diqqət ayıracaqlar.

- Baş verən hadisələr fonunda diqqət çəkən məqamlardan biri də əlaqədar beynəlxalq təşkilatların, Qərb institutlarının erməni təxribatları qarşısında susqunluq sərgiləməsi ilə bağlıdır. Maraqlıdır, Azərbaycanla bağlı zaman-zaman çoxsaylı tənqidi bəyanatlar səsləndirən, dünya dövlətlərinə demokratiya və insan haqlarından dərs keçməyə çalışan bu təşkilatlar, erməni zorakılığını görməzdən gəlməkdə davam edir. Sizcə bu susqunluq sözügedən qurumların ikili siyasətinin növbəti təzahürü hesab edilə bilərmi?

- Təbii ki, müvafiq beynəlxalq təşkilatların ermənilərin xaricdəki soydaşlarımıza qarşı həyata keçridiyi kütləvi zorakılıqlar fonunda susması arzuedilməzdir və bu, hər şeydən əvvəl həmin qurumların özünün nüfuzuna, imicinə yaxşı heç nə vəd etmir. Artıq bir həftədən çoxdur ki, davam edən erməni təxribatları ilə bağlı heç bir beynəlxalq təşkilat qəti, birmənalı bəyanatla çıxış etməyib. Halbuki, onların vəzifəsi harada, hansı ölkədə baş verməsindən asılı olmayaraq, insan hüquqlarını qorumaq, insanların təhlükəsizliyinin, azadlığının keşiyində durmaqdır. Şübhəsiz ki, beynəlxalq təşkilatların bu susqunluğu onların ikili yanaşma və siyasətinin göstəricisidir və biz bu ikili yanaşmanı şiddətlə qınayır, onları öz vəzifələrini vicdan və məsuliyyətlə yerinə yetirməyə çağırırıq.

- Xaricdəki soydaşlarımızın zorakılığa məruz qalmasına Azərbaycan dövləti çevik reaksiya verdi və zorakılıqların yaşandığı dövlətləri baş verənlərə müdaxilə etməyə, erməni təxribatlarının qarşısnı almağa çağırdı. Sizcə dövlətimizin xaricdəki azərbaycanlılarla bağlı yaşananlara bu cür yanaşması dövlətimizin dünyanın harasında yaşamasındna aıslı olmayaraq, hər bir azərbaycanlının taleyinə diqqət və həssaslıqla yanaşmasının isbatı sayıla bilərmi?

- Şübhəsiz. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyinə həssaslıqla yanaşır və onların üzləşdiyi problemlərə görə narahatlıq keçirir. Nəzərinizə çatdırım ki, baş verənlərlə bağlı ilk açıqlamalardan birini Azərbaycanın I vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva vermiş, ermənilərin zorakı, qeyri-insani davranışlaırnı kəskin şəkildə pisləmiş, beynəlxalq təşkilatları baş verənləri ədalətli şəkildə qiymətləndirməyə səsləmişdir.

Xaricdəki soydaşlaırmızım üzləşdiyi təxribat və zorakılıqlar bu gün də dövlətimizin diqqət mərkəzindədir və bundan sonra da diqqət mərkəzində olacaq. Soydaşlarımız bilməlidir ki, onlar tək deyillər və harada yaşamalarındna asılı olmayaraq, onların arxasında qüdrətli Azərbaycan dövləti dayanıb.

İnanıram ki, xaricdəki erməni təxribatları ermənilərin təcavüzkar xislətinin ifşası ilə nəticələnəcək və dünya bir kəs daha Azərbaycanın haqlı mövqeyinin şahidi olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti