...

Diplomatiya Könüllülərinin növbəti layihəsi - "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2020 10:17 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, o cümlədən Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri tərəfindən fəallıq nümayiş etdirilir.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, diplomatiya Könüllüləri sosial şəbəkələrdə Ermənistanın yalanlarını ifşa edən paylaşımlarla çıxış edirlər. Belə ki, gənc könüllülərin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi insanlıq əleyhinə cinayətləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, hərbi işğal altında saxlaması faktı ilə bağlı sosial şəbəkələrdə paylaşdıqları poster və videolar yerli və xarici auditoriyanın diqqətini cəlb edib.

Diplomatiya Könüllülərinin növbəti layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarına dəstək olaraq "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" videosu ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin dilindən dünya ictimaiyyətinə müraciəti əks etdirir. İngilis, alman, koreya, çin, fransız, ispan dillərində hazırlanan müraciətin digər dillərə də tərcümə edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti